Bakıda növbəti dəfə avtobusların kobud qayda pozuntusu kameraya düşüb.  

BAKU.WS xəbər verir ki, 30 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90 - ZX - 255 dövlət nömrə nişanlı avtobus və 49 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus qarşı yola çıxaraq qəza vəziyyəti yaradıb. 

Avtobuslar Kövkəb Səfərəliyava küçəsində 12.06.2019 tarixində saat 13:28-də kobud şəkildə qaydaları pozur. Nəqliyyatın intensiv hərəkət etdiyi vaxtda bütün hərəkəti dayandıran avtobuslar qaydalara məhəl qoymur. Sərnişin dolu avtobuslar insanların təhlükəsizliyini heçə sayaraq kobud şəkildə qaydaları pozur.  

Maraqlısı ondadır ki, bu ünvanda avtobusların necə gəldi manevr etməsi halı ilk dəfə deyil ki, müşahidə edilir. Bir müddət öncə də “BakuBus”ın avtobusları eyni küçədə kobud qayda pozuntusuna yol vermişdi. 

Göründüyü kimi, sərnişinlərlə dolu avtobusların sürücüləri məsuliyyətsiz davranışlarını düzəltmək fikrində deyil. Anoloji hal müxtəlif vaxtlarda yenə də təkrarlanır. Bu cür neqativ halların qarşısını almaq isə Bakı Nəqliyyat Agentliyinin üzərinə düşür. Ancaq təəssüflə deyə bilərik ki, son zamanlar ictimai nəqliyyatda bu cür halların artması xoşagəlməz hadisələrin və qəzaların baş verməsinə səbəb olur.  

Abbas
BAKU.WS


VİDEO

TƏCİLİ KREDİT SİFARİŞLƏRİ