VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış telejurnalist Zamirə Dadaşova Nərimanov rayonunda ağacların kəsilməsi ilə sosial şəbəkədə bağlı həyəcan təbili çalıb.

BAKU.WS
xəbər verir ki, o, Nərimanov rayonu, A.Nemətulla 32 ünvanında ağacların budanmaq adı altında məhv edildiyini bildirib:

"Guya budayırlar, bir dənə yarpaq qoymayıblar ağaclarda. Qoy, media səsimizi cənab prezidentə və xanımına çatdırsın. Bu qədər də olmaz! Görün ağacların, yaşıllığın başına nə oyun açırlar. Cənab prezident ağac əkir, Nərimanov rayonunda ağacları kəsirlər. Ərazidə bəlkə 90-100 ağac var, məhv edib yerində bina tikəcəklər. Mən nə köçmək istəmirəm, nə də nəfəsimizi kəsdiyiniz o binalarda yaşamaq istəmirəm. Aidiyyatı qurumlar niyə göz yumurlar? Axı cənab prezidentin qəti göstərişi var, ağaclar kəsilməməlidir".

Qeyd edək ki, Z.Dadaşova hadisə yerindən video da paylaşıb. Jurnalist eyni zamanda prezident İlham Əliyevin ağac əkməsini əks etdirən fotolar ictimailəşdirib. 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO