SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində 8/11b binasında yaşayan sakinlər anti-sanitar şəraitdən əziyyət çəkir. 

BAKU.WS
xəbər verir ki, bu barədə sayta məlumatı bina sakinləri verib. Qonşular deyir ki, 80 yaşlı Humay nənə və qızı Təranə Bəylərova çox ağır vəziyyətdə yaşayır. 

Onların sözlərinə görə, Təranə Bəylərova ruhi xəstədir və artıq uzun müddətdir ki, müalicə almır: 

"O çöldən heyvanları evə gətirir və heç kimi evə buraxmır. Anası yaşlı və xəstədir. Özünə baxa bilmir. Videodan da gördyünüz kimi evin vəziyyəti çox pisdir və yaşlı qadının səhhəti təhlükəylə üz-üzədir". 

Qonşular üfunət iyindən də şikayət edib. Onlar qurumların bu insanlarla maraqlanmasını istəyir.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat katibi Fazil Talıbova məlumat verdik və onlar məsələni nəzarətə götürdüklərini bildirdilər. Nəticə barədə tezliklə ictimaiyyətə məlumat veriləcək.

Lalə Ramizqızı
BAKU.WS
VİDEO