VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

31 yaşlı Vasifin və 29 yaşlı Aygünün cəsədləri Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində dərəyə yuvarlanan "Ravon Nexia" markalı avtomobildə aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, avtomobilin sürücüsü Vasif Abdullayev iyunun 1-də sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını kürəyindən bıçaqlayaraq öldürüb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib.

BAKU.WS xəbər verir ki, ailəli və iki uşaq atası Vasiflə eşq həyatı yaşayan Aygünün anası həqiqətləri danışıb.

O, bir uşaq anası olan qızının boşandıqdan sonra illərdir Vasiflə ikinci arvadı kimi münasibətdə olduğunu bildirib. Qadın Vasiflə Aygünün bərabər fotosunu göstərərək bunları deyib:

"Vasifin anası deyir ki, qızımı tanımırdı. Yalan deyir. Vasif Aygünün oğluna kiçik toy edib. Bütün nəsli o məclisdə idi. Şəkil bir faktdır (sözügedən toyda şəkilən fotonu nümayiş etdirir). İndi nəvəm yetim qaldı. Atası yoxdur, gedib evlənib, iki uşağı da olub. Mənim qızım bir tikə çörəyə görə Vasiflə oturub-dururdu. Gedin onun qaldığı evi görün. Anası Nailə xanım Aygünün evinə çantalarla yemək gətirirdi. İndi niyə yalan söyləyirsən Nailə xanım? Uşağımın ruhunu niyə qaralayırsan?"


Vasifin həyat yoldaşı Sevda efirə zəng vuraraq həyat yoldaşının Aygünlə münasibətlərindən xəbərdar olduğunu, lakin Vasifin hər zaman bunu inkar etdiyini bildirib.

Qeyd edək ki, 31 yaşlı Vasifin və 29 yaşlı Aygünün cəsədləri Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində dərəyə yuvarlanan "Ravon Nexia" markalı avtomobildə aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, avtomobilin sürücüsü Vasif Abdullayev iyunun 1-də sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını kürəyindən bıçaqlayaraq öldürüb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO