SİZİN REKLAM BURADA!
055 213 76 73


itkin düşdükdən sonra meyitləri tapılan Vasif və Aygün dünən dəfn edilib.

BAKU.WS
xəbər verir ki, dəfn mərasimindən görüntülər Xoşqədəm Hidayətqızının Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramında nümayiş edilib.

1988-ci il təvəllüdlü Abbasov Vasif Əliyəddin oğlu ailəli və iki uşaq atası olmasına baxmayaraq 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızı ilə eşq həyatı yaşayıb.

Vasifin həyat yoldaşı Sevda efirə zəng vuraraq həyat yoldaşının Aygünlə münasibətlərindən xəbərdar olduğunu, lakin Vasifin hər zaman bunu inkar etdiyini bildirib.

Aygünün anası qızının Vasiflə illərdir ikinci ailəsi kimi münasibətdə olduğunu təsdiqləyib. Vasif hətta Aygünün oğluna kiçik toy da edibmiş. 

Qeyd edək ki, 31 yaşlı Vasifin və 29 yaşlı Aygünün cəsədləri Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində dərəyə yuvarlanan "Ravon Nexia" markalı avtomobildə aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, avtomobilin sürücüsü Vasif Abdullayev iyunun 1-də sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını kürəyindən bıçaqlayaraq öldürüb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO