VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda evli və iki uşaq atası qeyri-rəsmi münasibətdə olduğu qadını bıçaqlayıb öldürüb, daha sonra intihar edib.

BAKU.WS
xəbər verir ki, Xoşqədəm Hidayətqızının Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramında faciənin təfərrüatları məlum olub.

1988-ci il təvəllüdlü Abbasov Vasif Əliyəddin oğlu ailəli olmasına baxmayaraq 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızı ilə eşq həyatı yaşayıb.

Cütlük bir neçə gün əvvəl itkin düşüb. Vasifin doğmaları "Səni axtarıram"a gələrək onun tapılması üçün kömək istəyiblər. Aygünün anası qızının axtarışları üçün Türkiyədən gələrək qızının axtarışları ilə polisə müraciət edib.

Anası deyib ki, Vasif ona zəng edərək Aygünü bıçaqladığını xəbər verib və təcili şəkildə ona yetişməsini istəyib. Ana və ailə üzvləri 15 dəqiqə sonra Vasifin dediyi yerə yetişsələr də, onları orada tapmayıblar.  
 
Vasifin həyat yoldaşı Sevda efirə zəng vuraraq həyat yoldaşının Aygünlə münasibətlərindən xəbərdar olduğunu, lakin Vasifin hər zaman bunu inkar etdiyini bildirib.

Aparıcı efirdə Vasif və Aygünün düşdüyü qəzanın görüntülərini nümayiş etdirib: "Vasifin idarə etdiyi avtomobil qəzaya uğrayıb. Aygün də içərisində olub. Aldığım ilkin məlumata görə, Aygün, həqiqətən, bıçaqlanıb. Bəlkə də Vasif intihar edib".

Qeyd edək ki, 31 yaşlı Vasifin və 29 yaşlı Aygünün cəsədləri dünən Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində dərəyə yuvarlanan "Ravon Nexia" markalı avtomobildə aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, avtomobilin sürücüsü Vasif Abdullayev iyunun 1-də sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını öz avtomobilində bıçaqlayıb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib. Hər iki şəxsin meyiti bu gün ərazidə aşkar edilərək çıxarılıb. 

Həmçinin V.Abdullayev həmin avtomobili oğurladığı məlum olub. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO