VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboyda həyətlərdə normal qiymətinin yarısına yuyucu toz təklif edilib. Sakinlər də ucuz olduğu üçün həmin vasitədən alıblar. İstifadə etmək istədikdə isə məlum olub ki, qutunun içərisindəki yuyucu toz yox, duzdur.

Paltaryuyan maşın üçün alınan yuyucu toz duz çıxdı.

Tragikomik hadisə Goranboy sakini İslah Həsənovun başına gəlib. Normal satışı qiymətindən 2 dəfə ucuz yuyucu toz təklif edilib və İslah Həsənovun həyat yoldaşı da 2 qutu həmin tozdan alıb. İstifadə etmək istədikdə isə məlum olub ki, qutunun içərisindəki yuyucu vasitə yox, adi duzdur.

İslah Həsənov deyir ki, məsələni ictimiləşdirməkdə məqsədi digər vətəndaşların aldanmamasıdır. O, belə məhsulların satışdan çıxarılmasını vacib hesab edir.

Satış üzrə mütəxəssislər də deyirlər ki, əgər bir məhsul bazar dəyərindən xeyli ucuz qiymətə təklif olunursa, o məhsulu alarkən diqqətli olmaq lazımdır.

(xezerxeber)
BAKU.WS
VİDEO