SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda qayınana öz gəlinini aldadaraq başqa kişidən süni mayalama etdirib və uşaq dünyaya gətizdirib. 

BAKU.WS
xəbər verir ki, Elminə adlı gənc qadın Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişinə gələrək öz dərdini danışıb.

Elminə ailə qurduqdan 4 il sonra ana olub. Hamilə qalması üçün qayınanası onu həkimə aparıb, müayinələr və müalicələr etdirib. Lakin süni mayalandırma ilə hamilə qaldığı barədə məlumatı olmayıb.

 Qayınanasının ondan xəbərsiz süni mayalandırma etdiyini deyən qadın, ərinin uşağın atası olmadığını qayınanasından eşitdiyini bildirib. Əri ilə münasibətləri pozulduqdan sonra uşağı götürüb evdən çıxanda qayınana deyib ki, uşaq sənin ərindən deyil.

"Bunu biləndən sonra heç kəsin üzünə baxa bilmirəm. Hətta 102-yə zəng vurub dedim ki, başıma elə oyunlar gətiriblər. özümü öldürmək istəyirəm".

Elminənin "Səni axtarıram"a çıxmaqda məqsədi uşağının öz ərindən olub-olmasını dəqiqləşdirmək üçün DNT analizi istəyir. 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO