VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil aldığı 162 saylı orta məktəbdə özünü 3-cü mərtəbənin pəncərəsindən ataraq intihar edən VII sinif şagirdi Elina Hacıyevanın məzarının görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, Elinanın doğmaları tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərdə doğmaları və dostları onun məzarını ziyarət edirlər.

Videoda Elinanın anası Sevil Hüseynova, atası Ədalət Hacıyev, nənəsi Solmaz xanım və yaxın rəfiqələri göz yaşı tökürlər.

14 yaşlı Elina 4 apreldə intihar məqsədilə özünü məktəbin pəncərəsindən atıb. 6 apreldə yerləşdirildiyi xəstəxanada ölüb.

Xatırladaq ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işi başlanıb. 15 aprel 2019-cu il tarixdə məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb olunub. O, CM-nin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ittiham olunur. Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO

QALEREYA