Rəşid Behbudov küçəsində 500 milli metrlik içməli su borusu partlayıb.

BAKU.WS xəbər verir ki, nəticədə yaxınlıqda olan binanın altındakı avtomobil qarajı və Türkiyə Səfirliyinin Yunus Əmrə mədəniyyət mərkəzini su basıb. “Azərsu” ASC-nin baş mühəndisi Yaşar Əhmədov bildirib ki, bu borunun parlamasına səbəb mədəniyyət mərkəzinin yerləşdiyi binanın və yaxınlıqdakı digər iki obyektin düzgün olmayan ərazidə tikilməsidir. Onun sözlərinə görə, “Azərsu” ASC bununla bağlı müvafiq qurumlara müraciət edəcək.

Hazırda əhaliyə içməli suyun veriliş dayandırılıb.

***

Bakının mərkəzi küçələrindən birini su basıb. 

BAKU.WS xəbər verir ki, Rəşid Behbudov küçəsi boyu yola su dolub. 

Hadisə nəticəsində piyadaların və avtomobillərin hərəkətinə ciddi problem yaranıb. 

Yolu su basmasının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
BAKU.WS


VİDEO

TƏCİLİ KREDİT SİFARİŞLƏRİ