VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 5-də Ağsu, Şamaxı və İsmayıllı rayonlarda zəlzələ baş verdi. Hər üç rayonda yüzlərlə fərdi ev, sosial və infrastruktur obyektləri qəzalı vəziyyətə düşdü. Həmin dövrdən etibarən dövlət başçısının tapşırığına uyğun olaraq tikinti və təmir-bərpa işləri aparılmağa başladı. Bugün zəlzələnin fəsadların aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair hesabat brifinq keçirilib. Hər üçün rayonun icra başçıları görülən işlər barədə ətraflı məlumat veriblər.

Fevralın 5-də Ağsu, Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələnin fəsadları aradan qaldırılır. Qəzalı vəziyyətə düşmüş, bərpa və təmirə ehtiyacı olan evlər, sosial obyektlərdə işlər daha da sürətləndirilib.

Görüntülər İsmayıllı rayonundandır. Rayonda istər fərdi yaşayış evlərində, istərsə də sosial obyektlərdə təmir-tikinti işləri son mərhələdədir.

Zəlzələnin fəsadlarının aradan qaldırılmasına dair həyata keçirilən tədbirlərə həsr edilən 3 aylıq hesabat brifinqdə rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov bildirib ki, yaradılan komissiyaya ümumilikdə 1272 müraciət daxil olub.

Bu kadrlar isə Ağsu rayonunda lentə alınıb. Burada da təmir-bərpa işləri plana uyğun şəkildə davam etdirilir.Vətəndaşların sözlərinə görə təbii fələkətdən sonra həm prezident İlham Əliyev, həm də birinci vitse prezident Mehriban Əliyeva daim onlarla maraqlanıb, vəziyyətlərini ciddi nəzarətdə saxlayıblar.

Hesabat brifinqdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev qeyd edib ki, zəlzələ nəticəsində rayonda 350 ev qəzalı vəziyyətə düşüb ki, onlardan artıq 162-nin tikintisinə başlanılıb. O, həmçinin sosial-infrastruktur obyektlərinin inşası haqqında da məlumat verib.

Şamaxı rayonunda da təmir-tikinti işləri sürətlə aparılır. Vətəndaşlar qəzalı vəziyyətə düşmüş mənzillərinin yenidən tikilməsindən razılıq edirlər.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov qeyd edib ki, Şamaxıda 284 ev qəzalı vəziyyətə düşüb və 112 evin tikilməsinə başlanılıb.

Qeyd edilib ki, Birinci vitse-prezident, Heydər əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında "Regional İnkişaf" Ictimai Birliyinin nümayəndələri və könüllüləri sözügedən rayonlarda zəlzələdən zərərçəkmiş evlərin sakinləri ilə görüşərək onların problemlərinin həlli istiqamətində dövlət qurumları ilə birlikdə sıx işləyib, insanlara mənəvi dəstək göstəriblər.
BAKU.WS
VİDEO