SİZİN REKLAM BURADA!
055 213 76 73


6 apreldə evdən qaçan Məhluqə Məhərrəmova tapılıb.

BAKU.WS xəbər verir ki, həyat yoldaşı Eldar "Səni axtarıram" proqramına gələrək arvadının evdən götürdüyü 10 min manatla yoxa çıxdığını deyərək onun axtarışına çıxmışdı.

Efirə gələn qadın ərinin bütün söylədiklərinin yalan olduğunu bildirib:

"Ərim həmişə kef məclislərində olur. Gecə saat 4-də ərim içkili vəziyyətdə evə gəldi. Məni döydü, əynimdəki paltarları cırdı. Lüt - paltarsız, ayaqqabısız çölə atdı. 1 ay idi o evə kirayə köçmüşdük. Əvvəl qonşu binadan qalıırdıq. Qaranlıqda qorxa-qorxa ora qaçdım. Sübutum da var. O cırıq paltarlar da durur, evinə qaçdığım qadın da. Haçan istəsəniz soruşa bilərsiz".

Məhluqə uşaqlarını atmadığını və ərinin onun yerini bildiyini deyib:
 
"Uşaqlarımı atmamışdım. Onun öz qohumunun evində qalırdım. Özü də yerimi bilirdi. Hər gün o evin qapısında idi".

Məhluqə 10 min manat məsələsinin Eldarın növbəti yalanı olduğunu söyləyib. 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO