SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda Ramazan ayı başlayıb.

BAKU.WS xəbər verir ki, Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir. Bu ay ərzində oruc tutanlar günün müəyyən olunmuş saatlarında yalnız su və yeməkdən deyil, həm də dinin qadağan etdiyi başqa pis vərdişlərdən imtina edir. 

Hər kəsin ətrafında elə tanışları var ki, onlar 11 ay ərzində dinin qadağan etdiyi pis vərdişlərdən imtina etmir və düşünür ki, bu bir ay ərzində dinin qoyduğu qadağaya riayət etsə, günahlarını təmizləmiş olacaq. 

Gəlin, birlikdə şəhər sakinlərindən Ramazan ayında hansı pis vərdişlərdən imtina etdiyini soruşaq.

Lalə Ramizqızı
BAKU.WS