VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müsəlman kişisinin həyat yoldaşını necə cəzalandırması ilə bağlı maraqlı video yayılıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Verilən məlumata görə, Qətərin tanınmış sosioloqu Abd əl-Əziz əl-Xazrac bu barədə müsəlman kişilərə video dərs keçib.

Yayılan videoda sosioloq qadınla davranış və onun cəzalandırılması üsullarını öyrədir.

“İlk növbədə biz anlamalıyıq ki, ailənin başçısı kişidir. Onun ailədə böyük səlahiyyətləri var. O, ailəni idarə etmək üçün bütün vasitələrdən istifadə edə bilər”, - deyə Abd əl-Əziz əl-Xazrac bildirib.

Sosioloq deyir ki, qadını döyən zaman ona az xəsarət yetirmək lazımdır. Qadını elə vurmaq lazımdır ki, o, kişinin gücünü hiss etsin, lakin ağır xəsarət almasın. 

“Peyğəmbər qadının üzünə vurmağı qadağan edib. O, kişinin qadının üzünə sillə vurmağın xoş olmadığını bildirib. Qadının başına, burnuna zərbə vurmaq olmaz”, - deyə mütəxəssis bildirib.

Sosioloq videoda oğlan uşağının üstündə qadının cəzalandırılması üsulunu göstərir. O, uşağa qışqırır: “Mən sənə dedim ki, evdən çölə çıxma! Neçə dəfə sənə demək olar?”.

Sosioloq həmçinin bildirib ki, kişi qadını bir halda möhkəm döyə bilər: “Əgər qadın kişinin hörmətini aşağı salırsa, o zaman onu döymək olar”.
BAKU.WS
VİDEO