VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Mərkəzi Seçki Komissiyası martın 31-də keçirilən bələdiyyə seçkilərinin yekun nəticələrini təsdiqləyib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, yekun nəticələrə görə, İstanbul Bələdiyyəsi sədrliyinə “Millət ittifaqı”nda təmsil olunan ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyası (CHP) nümayəndəsi Ekrem İmamoğlu seçilib.

İstanbul Böyük Şəhər Bələdiyyəsinə çağırılıb və ona vəsiqə verilib. Nəticələrə əsasən o, 13 min 781 səslə seçkilərin qalibi seçilib.

Onun əsas rəqibi Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizədi Binəli Yıldırım isə seçkilərin nəticələrinə görə məğlub olub.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO