Azərbaycanlı həkim xərçəng xəstəliyinin əlamətlərinin vaxtında aşkarlanıb, qarşısının alınması üçün maraqlı addım atıb. Həkim Ağstafanın ucqar kəndlərinə gedərək əhali arasında maarifləndirmə xarakterli söhbətlər edib, tövsiyələr verir. Beləliklə, xüsusilə xanımlar ev şəraitində özlərini müayinə edib, hətta qabaqlayıcı tədbirlər də tətbiq edərək, xərçəngən xilas ola bilərlər.

Xezerxeber.az-ın məlumatına görə, həkim Aygün Hüseynova Ağstafanın ucqar dağ kəndlərinə gedərək əhaliyə, xüsusilə də qadınlara dünyada daha çox ölümə səbəb olan xərçəng xəstəliyinə qarşı mübarizə üsullarını öyrədir.

Xərçəngin 100 müxtəlif növü var və onların hər biri hüceyrənin növünə uyğun olaraq təsnif edilir. Bu dəfə rayonun Göycəli kəndində olan onkoloq iddia edir ki, hər bir kəs özü-özünün həkimi olmaqla xoşxassəli və ya bədxassəli xərçəngə qalib gələ bilər.

Həkim bu xəstəliyi yaradan risklərdən də danışır. Daha çox müraciət edən qadınlar olsa da kişilərə də məsləhət verir.

Kənd sakinləri də həkimin məsləhətlərinə qulaq asır, onun dediklərinə məl edirlər.

Həkim atdığı bu addımı peşəsi ilə bərabər həm də insanlıq borcu adlandırır. Buna görə də hər həftənin istirahət günləri müxtəlif kəndlərdə bu cür seminarlar təşkil edib, əhalini maarifləndirir.

BAKU.WS