Aprelin 4-də Bakının 162 saylı orta məktəbinin 3-cü mərtəbəsindən özünü ataraq canına qıyan 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı müzakirələr zamanı yeni faktlar ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, ötən gün "Xəzər" tv-də yayımlanan "Səni Axtarıram" verilişində Elina Hacıyevanın atası Ədalət Hacıyev qızına göstərilən münasibətlərdən danışıb.


Müzakirə zamanı ata qızının özünü pəncərədən atdıqdan sonra direktor otağına aparılmasından və orada sorğu-sual olunmasından danışarkən, bildirib ki, orada olanlardan biri Elinanın ölümünü arzulayan insanlar olduğunu deyib.

“Elina direktor otağında sorğu-sual olunarkən kimsə “İnşallah sağ qalmaz”, deyir”, - deyə ata bildirib.

Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı da bu fikirləri səsləndirən şəxsin kim olduğunun araşdırılmalı olduğunu bildirib.
“Videoda “İnşallah sağ qalmaz” deyən səs kimə məxsusdur?”, - deyə soruşub.

Verilişdə olan mütəxəssislər isə bu səsin sahibinin ekspertiza ilə müəyyən edilməsinin mümkünlüyünü bildiriblər.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ