SİZİN REKLAM BURADA!
055 213 76 73



İntiharı ilə ölkəni ayağa qaldıran 14 yaşlı Elina məşhurları da dilə gətirib. 

BAKU.WS 
xəbər verir ki, məktəblinin ölümünə biganə qalmayan əməkdar artist Röya, teleaparıcılar Nərgiz Cəlilova, Elçin Əlibəyli və DJ Tural məsələyə həssaslıqla yanaşıb.

"Mən də boşanan ailənin qızı idim" deyən Röya, vaxtilə Elina ilə eyni taleyi yaşadığını qeyd edib:

"Əgər mügənnilik və eşitmə duyumuma güvənirəmsə bu çoxlarının tanıdığı Səbail rayon icra başçısının müavini Xalidə xanımın səsidir.
Ay gözəl xanım, bu suaların yeri idi?! Uşağı sürücünüzlə xəstəxanaya çatdırmaq əvəzinə şəraiti soruşursuz... Mən də belə böyüdüm.
5-ci sinifdə məktəb direktorunun ayaqqabısını geyinib dərsə getdim. Çox şükür ona və o günə. Mən də boşanan ailənin qızı idim. Çox şükür olsun, bu sualları yağdırana əyilmədim. Bəyənməsələr də, ayaqda qalıb şəxsiyyət oldum. Amma hamı güclü deyil! Baxmayaraq hərdən siz bizi buna məcbur edirsiz!"


DJ Tural (Yusifov) məktəbdə sıxılan və təzyiqə məruz qalan uşaqlara səslənərək "Qurban olum ölməyin!" deyib:

"Əziz dostlar, xüsusən məktəbdə sıxılan və təzyiqə məruz qalan dostlarımız. Siz də mənim əzizim. Oğlumu və qızımı necə müdafiə edərəmsə, sizə də elə arxa olaram. Daha sizi vicdansızların caynağına buraxmaram. Əgər məktəbdə problem varsa, danışmağa yaxınınız yoxdursa, kömək lazımdırsa, yazın. Bacardığım qədər kömək edəcəm. Amma ölməyin. Qurban olum ölməyin!"


Teleaparıcı Elçin Əlibəyli Elinanın ölümündə təqsiri olan hər kəsin cəzalandırılmasını tələb edib:

"Qızımın Elinanın yaşına çatmağına bircə ili qalıb. Bu gün onu bu addımı sövq edənləri görərək, susmaqla mən həm də qızımı müdafiəsiz qoymuş olacağam! Günahkar məktəb, orqanlar və oğlan öz cəzasını almalıdır! Onun intihar videosunu yaymaqla biz əyani nümunə qoymuş oluruq. İntihardan yox, günahkarladan danışaq!"


Nərgiz Cəlilova statusunda Elinanı sevgisiz, laqeyd və acımasız cəmiyyətin öldürdüyünə işarə edib:

“Onun da xəyalları və arzuları var idi... Biz niyə bu qədər acımasız, laqeyd olduq?! Biz niyə bu qədər sevgi bilməz olduq?!”


Xatırladaq ki, hadisə aprelin 4-də baş verib. Elina Hacıyevanın ona qarşı məktəbdə edilən təzyiqlərdən sonra intihar etdiyi iddia edilir. Məsələ ilə bağlı məktəbin direktoru Sevinc Abbasova işdən çıxarılıb. İstintaq davam edir.

Zülfiyyə Qurbanova
BAKU.WS





Qeyd edək ki, sosial şəbəkədə #elinaüçünsusma həştağı yaradılıb.