VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sərnişinlər içərisi toz-torpaqla dolu olan avtobusla daşınırlar. Söhbət Binə ticarət mərkəzindən Qaradağ rayonu Lökbatan qəsəbəsi istiqamətinə hərəkət edən 124 saylı marşurt avtobusundan gedir.

Avtobusun içərisi toz-torpaqla doludur. Salona isə saqqızdan tutmuş, konfet kağızına kimi hər şey atılıb. Elə bu vəziyyətdə də sərnişin daşınır.

Görüntülər paytaxtın Qaradağ rayonunda Binə Ticarət mərkəzindən Lökbatan qəsəbəsi istiqamətində işləyən 124 saylı marşrut avtobusundandır. Sərnişinlərdən biri həmin avtobusun içərisindəki vəziyyəti mobil telefonla qeydə alaraq, "Xəzər Xəbər”in votsap nömrəsinə göndərib.

Çəkiliş zamanı da fakt öz təsdiqini tapdı. Dağınıq və sınıq-salxaq oturacaqlar, toz basmış pəncərə kənarları, natəmiz salon. Hər şey normalmış kimi sərnişinlər məhz bu şəraitdə daşınırlar.

124 saylı marşrut avtobusunun dispetçeri Arzuman Məlikov da bu vəziyyətə haqq qazandırır və avtobusun içərisinin tozlu olmasını normal hal hesab edir.

Bakı Nəqliyyat Agentliyi isə məsələ ilə bağlı suallarımızı cavabsız qoydu.

BAKU.WS