Bakı şəhəri 162 nömrəli tam orta məktəbin rus bölməsinin VIII sinif şagirdi Elina Hacıyevanın intihar məqsədilə özünü məktəbin 4-cü mərtəbəsinin pəncərəsindən aşağı atması, 2 gün sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişməsi ölkə gündəmini zəbt edib.
Bu dəfə onun özünü məktəbin pəncərəsindən atdıqdan sonrakı videoları yayılıb.

BAKU.WS 
xəbər verir ki, görüntüləri "Liniya jizni" (Həyat Xətti) Fondunun Facebook səhifəsində paylaşılıb.


14 yaşlı məktəblinin ölümündən öncə söylədiklərindən məlum olur ki, o, təhsil aldığı məktəbdən çox narazıdır.

Elina ondan intihar səbəbini soruşan xanıma məktəbini dəyişmək istəyilə əlaqələndirib.

Qeyd edək ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb. Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.

Bakı Şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəbdə baş vermiş hadisə ilə bağlı birgə yaydığı məlumatda qeyd olunduğu kimi, Bakı Şəhər Prokurorluğunda müvafiq istintaq tədbirləri həyata keçirilir. Aparılan istintaq tədbirləri nəticəsində hadisənin başvermə səbəbləri tam aydınlaşdırılacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəbdə baş vermiş intihar hadisəsi ilə bağlı aprelin 6-da birgə məlumat yayıb. Məlumatda deyilir ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstəxanada vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.

Sözügedən videoları təqdim edir:

Zülfiyyə Qurbanova
BAKU.WS






TƏCİLİ KREDİT SİFARİŞLƏRİ