Xarici valyutda olan problemli kreditlərlə bağlı vətəndaşlara kompensasiyanın veriləcəyi haqqında qərar olsa da, bəzi vətəndaşlara müxtəlif məhkəmələrdən məktublar gəlir. Məktublarda borcun ödənilməsi tələb edilir.

Ramil Kazımov adlı şəxsə gələn sənəd onlardan biridir. Sənəddə vətəndaşdan 10 min dollara yaxın borcun ödənilməsi tələb edilir. Əks halda onunla balğı müxtəlif tədbirlərin görüləcəyi qeyd edilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Tural Feyzullayev bildirib ki, bu tipli sənədləri olan vətəndaşlar ilk növbədə qurumun saytına daxil olaraq kompensasiya məbləğinin sorğulanması bölməsindən özü haqqında məlumatlarla tanış olmalıdırlar.

Elektron sistemdə vətəndaşa ödəniləcək kompensasiya haqqında tam məlumat yerləşdirilir. Restruksizasiya təkliflərindən yararlanmaq imkanları olan, başqa sözlə desək ölkə başçısının fərmanında nəzərdə tutulan kriteriyalara cavab verən borclulara məhkəmə tərəfindən gələ biləcək belə bildirişlərə xitam verilir.

Məhkəmədən bildiriş alan vətəndaş palata ilə də əlaqə saxlayıb ətraflı məlumat ala bilər.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ