SİZİN REKLAM BURADA!
055 213 76 73




Son zamanlar bəzi işbazlar daşınmaz əmlak alan vətəndaşlara qarşı fərqli bir dələduzluğa əl atırlar.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, onlar saxta çıxarışlar hazırlamaqla vətəndaşları aldadırlar. Nəticədə vətəndaşlara külli miqdarda ziyan dəyir. Ekspertlər belə işbazların tələlərinə düşməməyin yollarını açıqlayıblar.

Üzərində dövlət gerbi, möhür, hətta seriya nömrəsi qeyd olunub.

İnandırıcı olması üçün kağızın ortasına böyük həriflərlə Çıxarış sözü də yazılıb

Bu, əslində bir sənəd yox, əmlak alqı-satqısı ilə məşğul olan bəzi işbazların düzəltdikləri kağız parçasıdır.. Son zamanlar dövlət sənədlərini saxtalaşdırmaqla cinayət işləyənlərə tez-tez rast gəlinir.. Belə dələduzlar orijinal çıxarışlarda istifadə olunan ifadələri bu kağız parçalarına daxil etməklə inandırıcılıqlarını artırmağa çalışırlar.

Əmlak məsələləri üzrə ekspertlər deyirlər ki, belə kağız parçaları saxta olsa da, onun hazırlanmasında istifadə oluna rəsmi-publisistik üslub insanları çaş-baş salır və nəticədə işbazların toruna kifayət qədər adam düşür...

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, vətəndaşa rəsmi sənəd kimi verilən bu kağız parçasının heç bir hüquqi əhəmiyyəti yoxdur. Əmlak alqı-satqısı zamanı istənilən vətəndaş Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin elektron ünvanında ona təqdim edilən mülkiyyət sənədinin doğruluğunu yoxlaya bilər.

Hüquqşünaslar isə belə saxta sənədlərin tərtib edilməsinin həm inzibati, həm də cinayət məsulyyəti yarada biləcəyini vurğulayırlar.

BAKU.WS