SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı-Sumqayıt şossesində sürücü avtomobilini yolayırıcı dəmirə çırpıb.

BAKU.WS ONA-ya istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi Abşeron rayonu, Xırdalan şəhəri ərazisində baş verib.

Elvin Abidinov idarə etdiyi “Daewoo” markalı atomobildə qəfildən yuxuya gedib. Bu zaman avtomobil idarəetmədən çıxaraq yol ayrıcındakı dəmir arakəsməyə çırpılıb. Avtomobil deformasiyaya uğrasa da, sürücü xəsarət almayıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib, araşdırma aparılır.

BAKU.WS