SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gündən "Diqlas" ticarət mərkəzində yanğından zərər çəkən 57 sahibkara maddi yardım verilib.

BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, sahibkarlara 570 min manat məbləğində maliyyə yardımı edilib.

Nazir, həmçinin yanğından zərər çəkməmiş anbarlardakı malların inventarlaşdırılmasına başlanılacağını da qeyd edib. Bundan sonra sahibkarlara ödəniləcək ziyanın məbləği tam müəyyənləşəcək.

Maddi yardım alan sahibkarlar bu vəziyyətdən məmnun olduqlarını bildiriblər.

Sahibkarlara nəzərdə tutulan yardımı almaları üçün bank kartları təqdim olunub.

Şahin Mustafayev ticarət mərkəzinin binasının aqibəti məsələsinə də toxunub.

BAKU.WS