SİZİN REKLAM BURADA!
055 213 76 73



“2016-ci ilin aprelində erməni işğalçılarının təxribatlarına qarşı Azərbaycan Ordusunun layiqli cavabı bir daha ölkənin müdafiə qüdrətini və gücünü, xalqımızın döyüş əzminin yüksək olduğunu göstərdi”.


BAKU.WS xəbər verir ki, bu sözləri Qazaxda Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş hərbi vətənpərvərlik tədbirində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Sərhədçi” Olimpiya İdman Kompleksi rəisinin müavini, Dövlət Sərhəd Xidmətinin baş zabiti Firdovsi Umudov deyib.

F.Umudov xatırladıb ki, Azərbaycan xalqı cəsarətlə mübarizə apararaq müstəqilliyə nail olduğu kimi, bundan sonra da erməni işğalında olan torpaqlarımızı azad etmək üçün qanından keçməyə hazırdır:

“Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində ərazilərimizin işğaldan azad olunacağı gün yaxınlaşmaqdadır. Sülh yolunda davamlı addımlar atılır.

Eyni zamanda Ali Baş Komandanımızın əmrini də gözləyirik. 2016-cı ilin aprelində erməni işğalçılarının təxribatlarına qarşı Azərbaycan Ordusunun layiqli cavabı bir daha ölkənin müdafiə qüdrətini və gücünü, xalqımızın döyüş əzminin yüksək olduğunu göstərdi.

Qələbə qazanarkən bir gözümüz ağladı, bir gözümüz güldü. Şəhidlər verdik. Qazaxdan, eləcədə Azərbaycanın digər bölgələrindən şəhidlərimiz oldu. Şəhidlər ölmürlər, onlar bizim and yerimizdir.


Bu zəfərin banisi, uzun illərdən sonra xalqımıza qələbə sevincinin yaşadılmasında dövlətimizin başçısı cənab İlham Əliyevdir. Heç bir şübhəmiz yoxdur ki, bundan sonra da lazım olan məqamda Ali Baş Komandanımızın əmri uğurla yerinə yetiriləcəkdir.

Buna ordumuzun gücü, xalqımızın birliyi və qətiyyəti əsas verir”.

O, bir daha vurğulayıb ki, hər zaman silahlı qüvvələrin Ali Baş Komandanı cənab prezidentimiz gənclərlə, idmançılarla görüşləri zaman ilk növbədə vətənprəvərliyi önə çəkib:

“Bu aprel döyüşlərində özünü bir daha göstərdi. Bizim əsgərlərimiz, şəhid qardaşlarımız özlərini güllənin qarşısına sipər etdilər. Lələtəpə zirvəsini işğaldan azad etdilər. Hər kəsi bu gün münasibəti ilə təbrik edirəm. Aprel qələbəsi böyük zəfərlərin başlanğıcıdır”.

BAKU.WS