SİZİN REKLAM BURADA!
055 213 76 73



Əmlakını icbari qaydada sığortalamayan şəxslərə qarşı tətbiq olunan cərimələr sərtləşdiriləcək. Bununla bağlı qanunvericilikdə mövcud olan boşluqlar aradan qaldırılacaq.

BAKU.WS Xəzər Tv-yə istinadən xəbər verir ki, "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın zamanı sahibkarlara külli miqdarda zərər dəydikdən sonra bu məsələ gündəmə gəlib.

İcbari Sığorta Bürosunun İdarə Heyətinin sədri Rəşad Əhmədov deyir ki, mövcud qanunvericilikdə bununla bağlı müəyyən cərimələr olsa da, məbləğ yüksək olmadığından müsbət nəticə vermir.

Onun fikrincə, əmlak sığortası sahibkarları bir çox zərərlərdən qoruduğu üçün çox sərfəlidir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Firdovsi Ağaşirinov isə icbari sığorta qiymətlərinin olduqca əlçatan olduğunu deyir.

Firdovsi Ağaşirinov onu da qeyd edir ki, sığorta sektoruna etimadı artırmaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına daxil olan hər bir şikayət yerində araşdırılır və müştəri məmnuniyyətinin təmin olunması üçün addımlar atılır.

BAKU.WS