SİZİN REKLAM BURADA!
055 213 76 73



Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev “5-ci element” tok-şousunun qonağı olub.

Veriliş zamanı avtomobilində təhlükəsizlik kəməri taxmayanları qınayan məmur bu vəziyyətə ironik yanaşması ilə yadda qalıb:

“Siz şalvar geyinmisiz, o şalvarda kəmər var? O sizi sıxmır? Bəs niyə bağlayırsız? Çünki öyrəşmisiz. Təhlükəsizlik kəməri də onun kimidir”.

Kamran Əliyev avtomobildə təhlükəsizlik kəmərinin istifadəsiylə bağlı insanların öz təfəkkürlərində dəyişiklik etməsinin lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın televiziyasının ən çox izlənilən tok şousu olan “5-ci element” fərqli müzakirələri ilə hər bazar ertəsi yayımlanır.

Kamran Əliyevin qonaq olduğu “5-ci element”verilişin tam buraxılışını təqdim etdiyimiz videodan izləyə bilərsiniz:

BAKU.WS