VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Külli miqdarda pul verib ev alan şəxslər nə mənzillərini, nədə ki, pullarını geri ala bilirlər.

BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, Bakıda daha bir tikinti şirkəti bir mənzili 2-3 nəfərə sataraq vətəndaşlara külli miqdarda zərər vurub. Söhbət Binəqədi rayonu Cəfər Xəndan küçəsində çoxbərtəbəli binanı inşa edən ''Bulaq-2'' Mənzil Tikinti Koperativindən gedir. Zərərçəkmişlər iddia edir ki, müqavilə görə, 2015-ci ildə təhvil verilməli olan binada iş hələ davam edir. Bir neçə gün əvvəl isə onlardan bir neçəsi müəyyən ediblər ki, MTK-nın sahibi bir evi bir neçə nəfərə satıb.

Zərərçəkmişlərin bəziləri isə aldıqları evi təmirə başlayarkən evin başqa sahibi ilə üzləşdiklərini deyirlər. Zərərçəkmiş Fuad Əhmədovun sözlərinə görə, 2014-cü ildə həmin şirkətə 95 min manat pul ödəyərək ev alıb, amma sonradan məlum olub ki, mənzil üç nəfərə satılıb.

''Bulaq-2'' MTK-nın direktoru Elmira Şirinova bir mənzili 2-3 nəfərə satmasını etiraf edib. O, problemin yaxın bir ay müddətə həll olunacağını deyib.

Zərərçəkmişlər problemlərinin həll olunmayacağı təqdirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edəcəklərini bildirirlər.

BAKU.WS