VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gündəlik ən çox istifadə edilən ərzaqlardan olan yumurtanın qiyməti ucuzlaşıb. Qiymətin aşağı düşməsi 4-5 qəpik arası müşahidə edilir. Belə ki, bir həftə əvvəl 12-13 qəpiyə satılan yumurtanın qiyməti indi 7-8 qəpiyədir. Xəzər xəbər quşcular cəmiyyətindən ucuzlaşmanın səbəbini öyrənib.

Azərbaycanda yumurtanın qiyməti ucuzlaşıb.

Son bir həftədə yumurtanın qiyməti 5 qəpikaşağı düşüb. Satıcılar deyir ki, əvvələr 12-13 qəpiyə satılan yumurta indi 7-8 qəpiyə təklif edilir.

Qiymətin ucuzlaşması alıcıların da ürəyincə olub.

Quşçular cəmiyyətinin sədri Aydın Vəliyev "XəzərXəbər"ə bildirb ki, bayramdan sonra yumurtaya tələbat azalıb. Ucuzlaşmaya səbəb istehsalın çox, tələbatın isə az olmasıdı. Buna gorə istehsalcılar eyni həcmdə yumurtanın qiymətini endirməyə məcbur olublar.

BAKU.WS