VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün Bakıda ticarət mərkəzində baş vermiş yanğın zamanı orda olan əmlakın demək olar ki, hamısı yanaraq külə döndü. Əksər sahibkarlara isə yüzminlərlə manat ziyan dəydi. Bu isə bir daha əmlak sığortası məsələsini gündəmə gətirir.

Xatırladaq ki, daşqın, yanğın və təbii fəlakətlərin çox olduğu ölkələrdə dəyən ziyanı dövlət təşkilatı deyil, bütünlükdə sığorta şirkəti qarşılayır. Bizdə isə nədənsə sahibkarlar əmlaklarını sığorta etdirməyə maraq göstərmirlər. Əslində isə illik 50 manat ödəyən sahibkar ona dəyən ziyanın 30-40 min manatını sığorta şirkətindən ala bilər.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, ticarətlə məşğul olan sahibkarların əksəriyyəti əmlaklarını sığortalamağa maraq göstərmir. Nəticədə isə hər hansı bədbəxt hadisə zamanı sahibkar ona dəyən ziyanın hamısını özü qarşılamalı olur.

Ekspertlər deyirlər ki, istənilən ticarət obyektini sığorta etdirmək mümkündür. Bunun üçün cəmi bir neçə sənəd kifayət edir.

Sığorta eksperti Tural Şükürovun sözlərinə görə, dünya təcrübəsində də əsas sənəd sığorta şirkəti ilə vətəndaş arasında imzalanmış müqavilə hesab edilir. Bir çox inkişaf etmiş ölkələrdə baş vermiş böyük daşqın, zəlzələ və yanğınlar zamanı sığorta şirkəti mala dəyən ziyanı tam ödəyir. Əmlakın dəyərləndirilməsi isə faktura qaimələri əsasında və ya vizual olaraq aparılır.

Ekspertin sözlərinə görə, hər dəfə yanğın hadisəsi baş verdikdən sonra əmlak sığortası bazarında canlanma müşahidə edilir.

Tural Şükürov onu da bildirdi ki, yanğın zamanı sığorta şirkəti vətəndaşdan Fövqəladə Hallar Nazirliyinin rəyini tələb edə bilər. Vətəndaş bunu aidiyyəti orqandan aldıqdan sonra ona dəymiş ziyanı müqavilə əsasında tam tələb etmək hüququna malikdir.

BAKU.WS