SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhərində avtobus sürücüləri tərəfindən edilən kobud qanun pozuntularına daha biri əlavə edilib.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə Bakıda avtobus sürücüsünün idarə etdiyi avtobusu yolun qarşı tərəfinə çıxmaqla idarə etdiyini əks etdirən görüntülər yayılıb.

“Ölkə.az” saytı həmin videonu yayıb. Videoda açıq-aşkar görünür ki, 211 saylı marşrut xətti ilə müntəzəm sərnişin daşıyan avtobuslardan biri qoşa xətti keçərək yolun qarşı tərəfinə çıxır və birbaşa olaraq təhlükə şəraiti yaradır.

BAKU.WS