VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Bu gün Bakıda təşkil olunan OPEC+ ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclası hazırda neft ixracında öhdəliklərin iclası ilə bağlı vəziyyəti təhlil etmək üçün keçirilir”.

Bu barədə Energetika nazirinin müşaviri Zəminə Əliyeva BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu tədbirin ölkəmiz üçün böyük əhəmiyyəti var.

“Bu tədbir 2 aydan bir keçirilir. Yeni əməkdaşlıq bəyannamasinin ilk iclası da məhz Bakıda keçirilib. Dünya neft bazarında müşahidə olunan tendensiyalar və s. məsələlər müzakirə edilib”, - deyə Zəminə Əliyeva bildirib.

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilir.

İclasda 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur.

Ziya SƏCCAD
Hüseyn Məmmədsalahov
BAKU.WS