VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Novruz bayramı ilə əlaqədar olaraq paytaxtın müxtəlif yerlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında bu gün də alıcı və məhsul bolluğu müşahidə edilib. Alıcılar qiymətlərin ucuz olduğunu bildirirlər. Hər həftəsonu fəaliyyət göstərən yarmarkalar ayın 21-dək hər gün təşkil olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, yarmarkada çox çeşidli kənd təsərrüfatı məhsulları bazar qiymətlərindən xeyli ucuz təklif edilir.

Satıcılar alıcı bolluğundan və satışların yaxşı olmasından razılıq edirlər.

Elə alıcılar da qiymətlərin bazarlardan fərqləndiyini deyirlər.

Qiymətlərə nəzarət etmək üçün Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları mütəmadi müşahidələr aparırlar. Həmçinin yarmarkaların girişində orda satılan məhsulların qiymətləri də yazılı formada yerləşdirirlib. Yarmarkalar paytaxtın 14 məntəqəsində fəaliyyət göstərir. Hər həftənin şənbə və bazar günləri fəaliyyət göstərən yarmarkalar bu gündən etibarən mart ayın 21-dək hər gün respublikanın bütün şəhər və rayon mərkəzlərində təşkil olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS