VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı şəhərini sahibsiz küçə itləri basıb.

BAKU.WS xəbər verir ki, bu gün səhər saatlarında isə küçə itləri “İçərişəhər” metrostansiyasının qarşısında, Bakı meriyasının yanında məskən salıb.


Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov BAKU.WS-ə açıqlamasında bildirib ki, hazırda sahibsiz itlərlə bağlı təşkilat fəaliyyət göstərir.


“Hazırda sahibsiz itlərin yığılması üçün Balaxanıda yer ayrılıb. Onlarla bağlı qurum var. Hələ tam fəaliyyət göstərmirlər. Bundan başqa, küçə itlərini vurmaq qadağan olub deyə, şəhəri küçə itləri basıb. Biz bu barədə məlumat verəcəyik. Bir tədbir görüləcək”, - deyə İsrafil Kərimov bildirib.

Ziya SƏCCAD
BAKU.WS