SİZİN REKLAM BURADA!
055 213 76 73



Səbail rayonunda 163 saylı orta məktəbin 9-cu sinif şagirdi Əvəzağa Nəzərov hazırladığı maraqlı əşyalarla öncə valideynlərinin, daha sonra isə məktəbdə müəllimlərinin diqqətini çəkib.

O, adi əşyalardan istifadə etməklə elektriklə işləyən maraqlı avadanlıqlar düzəldib.

BAKU.WS-in Xəzər TV-yə istinadən məlumatına görə, onun hazirladığı əşyalardan biri də tozsorandır.

Əvəzağanın hazırladığı digər alətlərdən biri də yükqaldırıcı modelidir. O deyir ki, gələcəkdə bunun əslini düzəltməklə daha ağır yükləri qaldırmaq mümkündür.

Onun düzəltdiyi maraqlı əşyalardan biri isə evə kənar şəxslər daxil olanda ev sahibini xəbərdar edən cihazdır. Onu bu əşyaları düzəltməyə sövq edən isə günlük həyatda qarşılaşdığı bir hadisə olub.

Əvəzağa Nəzərov bildirir ki, onun arzusu gələcəkdə texniki avadanlıqlar hazırlayan mühəndis olmaqdır.

BAKU.WS