VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Millət vəkili Adil Əliyev deputat seçildiyi Nərimanov rayonundan olan bir qrup Milli Qəhrəman, Şəhid, qazi ailələrinin xanım üzvləri ilə görüşüb.

BAKU.WS xəbər verir ki, deputat onları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Sonradan görüşlə bağlı millət vəkili BAKU.WS-ə açıqlama verib.

“Hər il olduğu kimi bu il də öz ərazimdə çalışan insanları və şəhid, eləcə də milli qəhrəman ailələrilə görüş keçirdim. Onları təbrik etdim. Seçki ərazisində ofisim var. Hansı ki, camaat orada qəbula gəlirlər.

Bütün bayramlarda orada görüş keçirirəm. Bu dəfə də vətəndaşlarla bayram ərafəsində görüşdüm və onları təbrik etdim”, - deyə Adil Əliyev bildirib.

Ziya SƏCCAD
BAKU.WS