SİZİN REKLAM BURADA!
055 213 76 73



8 Mart Beynəlxalq Qadınlar Gününə bir gün qaldığından gül mağazalarında sözün əsl mənasında izdiham yaşanıb. Bəzi insanlar uzun müddət növbə gözləyiblər.

Xezerxeber.az-ın məlumatına görə, güllərin qiymətləri isə sayına görə dəyişir.

Məsələn, 1 ədəd qızılgülün qiyməti 5 manatdan başlayır.

Gül buketlərinin qiymətləri isə 30, səbətlərin isə 40-50 manatdan başlayır.

Bu arada, 8 Mart münasibəti ilə paytaxtdakı restoranlar da hazırlıqlara başlayıblar. Bəzi restoranlar müştərilər üçün standart menyular müəyyən edib. Həmin menyulara yemək, içmək və şou-proqram daxildir.

Sabah üçün xüsusi proqram təşkil edən restoranlarda yerlərin azı 80 faizi dolub.

BAKU.WS