VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda doğuşa gedən qadını xəstəxanaya YPX avtomobili ilə aparıblar. 

BAKU.WS xəbər verir ki, saytımızın daimi oxucusu olan Vasili adlı şəxs həyat yoldaşını xəstəxanaya çatdırmaq üçün polislərdən kömək istəyib. 26 fevral tarixində tədbirlərlə əlaqədar olaraq Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu səbəbdən Vasili YPX əməkdaşlarına müraciət edib. 

Ona yolun ən tez 15-20 dəqiqəyə açılacağı bildirilib. Ancaq gözləmək imkanı olmadığını deyən Vasili həyat yoldaşını təcili xəstəxanaya çatdırmalı idi. Polislərdən biri köməklik edəcəyini bildirib. Serjant Fuad Rəsulov 440 dövlət nömrə nişanlı YPX avtomobili ilə xanımı və həyat yoldaşını Mərkəzi Neftçilər Xəstəxanasına çatdırıb. 

Polisin bu nümunəvi addımından sonra Vasili çox təsirlənib. Vətəndaş dünyaya gələn oğluna polisin adını qoyub. 

Abbas
BAKU.WS