SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda daha bir neçə yerdə xüsusi səs siqnalları ilə təchiz edilmiş işıqforlar quraşdırılacaq. Məqsəd görmə imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkətini maksimum şəkildə təmin etməkdir.

Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək işlər çərçivəsində bu cür işıqforlar ən çox Nərimanov rayonu ərazisində quraşdırılacaq.

Mais Ağayev onu bildirib ki, görmə görmə imkanları məhdud insanların təhlükəsizliyini təmin etmək məqsədi ilə qurum tərəfindən ''ideal səki'' layihəsi də həyata keçiriləcək. Məqsəd paytaxtın mərkəzi küçə və prospektlərində səkilərdə insanların təhlükəsiz hərəkətini təmin etməkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS