SİZİN REKLAM BURADA!
055 213 76 73



Ağsu rayonunda 2 il əvvəl itkin düşən Ayşən Qəhrəmanovanın öldüyü məlum olub. 

BAKU.WS xəbər verir ki, Ayşənin anası qızını axtarmaq üçün Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına müraciət etmişdi.

Aparılan araşdırmaların nəticəsində qızın öldürüldüyü güman edilir. Hadisədə cinayət izləri olduğu istisna olunmur.

Qadın qızının son dəfə Asif adlı gənclə danışdıqdan sonra yoxa çıxdığını, hətta onun tərəfindən öldürüldüyünü iddia edirdi. Bununla yanaşı, adıçəkilən Asifin atası Arif canlı yayımda bəyan etmişdi ki, Ayşəni tapıb gətirənə öz CİP-ini hədiyyə edəcək.


Sonradan qızın ölümü ilə bağlı məlumat bir çox sualın yaranmasına səbəb olub. 

Güman edir ki, Ayşənin ölümündə kimlərin əli olduğu yaxın zamanda ortaya çıxacaq.  

Abbas
BAKU.WS