Sosial şəbəkələrdə qadınların saçyoldusu ilə bağlı video görüntü yayılıb.

BAKU.WS xəbər verir ki, videodan da göründüyü kimi bir neçə qadın mübahisə edir. Nisbətən yaşlı qadın gənc xanımın saçından tutur. Gənc qadın isə qışqırır.


Sosial şəbəkə istifadəçiləri və bəzi Kütləvi İnformasiya Vasitələrində bildirilir ki, hadisə Gəncədə məktəblərin birində qeydə alınıb. Qeyd edilir ki, saçyolduya çıxan qadınlardan biri məktəbin direktoru, digəri isə valideyndir.

Məsələ ilə əlaqədar Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirdilər ki, bu barədə məlumatları var.

“Yayılan videonu görmüşük. Lakin hadisənin dəqiq harada baş verdiyi videodan dəqiq görünmür. Həmin yer məktəb də ola bilər, klub və digər məkan da ola bilər. Bundan başqa, görüntülərin nə zaman çəkildiyi bilinmir. Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb”, - deyə məlumatda bildirilib.

Ziya SƏCCAD
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ