VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



ATV-nin efirində qladiator döyüşünü xatırladan məqamlar yaşanıb.

BAKU.WS
xəbər verir ki, mərhum xalq artisti Siyavuş Aslanın oğlu Çingiz "Bizimləsən" proqramına üz tutaraq kömək istəyib.

10 ildir Hepatit C xəstəliyindən əziyyət çəkən Çingizin vəziyyəti günü-gündən pisləşir. Proqramın vasitəçiliyi ilə Sosial sığınacağa yerləşdirilən Çingizin müalicəsinə tezliklə başlanmazsa, qısa müddətdə həyatını itirə bilər.

Çingizin müalicəsi istiqamətində işlər görən Zaur təəssüf hissi ilə xalq artistinin oğluna kömək edilməsinə qarşı çıxanların olduğunu açıqlayıb:

"Mənə çox insanlar dedi ki, Çingizi sağaltma. Vaxtında Siyavuşun başına oyunlar açıb, ona kömək etmək lazım deyil. Çingizgilin ailəsini yaxşı tanıyanlar mənə zəng vurub deyirlər ki, bu işin başıını burax. Çingizin pis vərdişləri olub və zamanında atasına çox əzablar verib, yenə həmin o işlə məşğul olacaq (Çingiz narkotik aludəçisi olub). Ona kömək etmək lazım deyil. Gəlin qoyaq ölsün getsin. Bu yaxşı bir şeydirmi? Doğrudurmu? Hə, nə deyirsiz"?

Bu suallara cavab almaq üçün aparıcı sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirçəyi təklif edib: "Bizə milyonlarla insan baxır. Görək onlar nə deyəcək? Çingizin müalicəsini boynumuza götürməklə doğrumu etdim, yoxsa səhv etdik, tamaşaçıların fikrini öyrənmək istəyirəm".

Zaur canlı yayımda sorğuda iştirak edənlərin rəylərini səsləndirib. Əksəriyyət Çingizə kömək edilməsini dəstəkləyib.

Aparıcı sonda Çingizə kömək edilməsinin əleyhinə olan insanların acığına onun müalicəsini həkimə həvalə edib.

Zülfiyyə Qurbanova
BAKU.WS