VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda iki azyaşlı uşaq valideynləri tərəfindən atılıb.

Xezerxeber.az-ın məlumatına görə, təqribən 5-6 yaşlarında olan iki azyaşlı 20 gün əvvəl bir dayə tərəfindən polisə təhvil verilib.

Qadın bildirib ki, uşaqların anası baxması üçün onları dayənin yanına qoyub. Lakin xeyli müddət keçsə də, azyaşlıların anası geri qayıtmayıb.

Qardaş olduqları ehtimal edilən uşaqların ünsiyyət problemi var. Lakin lal deyillər. Bunu da həmin azyaşlılar sığınacaqdakı uşaqları çağırarkən müəyyən etmək mümkün olub.

Uşaqlarının valideynlərinin axtarışları da heç bir nəticə verməyib.

Azyaşlıların yaxınlarını tanıyanlar sığınacağın 055 466 08 06 nömrəli qaynar xəttinə zəng edərək məlumat verə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS