Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım istefa verəcək.


BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Binəli Yıldırım özü məlumat verib.

B. Yıldırım kanalların birində verdiyi açıqlamada fevralın 18-də rəsmi olaraq istefa verəcəyini bəyan edib. O, deyib ki, İstanbul Böyükşehir Bələdiyyəsinə sədr vəzifəsinə namizədliyini vermək üçün istefa verəcək.

“Bələdiyyə sədri olmaq üçün namizədliyim açıqlandığında, hər kəs təəccübləndi.

Hüquqşunaslar öz aralarında mübahisəyə başladılar ki, indi vəziyyət necə olacaq?

Ona görə, əvvəldən istefa vermək qərarımı açıqlamaq istəmirdim. İstəmirdim ki, vətəndaşlar mənim istefa xəbərimlə bağlı müzakirələr aparıb, narahat olsunlar. stanbul Böyükşehir Bələdiyyəsinə sədrliyinə namizədliyi açıqlandıqda, mən spikerlik vəzifəsindən istefa verəcəyəm.

Mənim üçün fəxrdir ki, bundan sonra İstanbul üçün xidmət göstərəcəyəm”, - deyə Binəli Yıldırım bildirib.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək.

Ziya SƏCCAD
BAKU.WS