SİZİN REKLAM BURADA!
055 213 76 73



Dövlət qurumlarının rəhbərləri ilə sahibkarların görüşü baş tutub. Bəzi sahibkarlar idxal -ixrac prosesizamanı yük avtomobillərinin gömrükdə saxlanılmasından narazılığını bildirib. Sahibkarları narahat edən digər məsələ isə dəmir yolu ilə daşıma xərclərinin qonşu ölkələrlə müqayisədə çox olması ilə bağlı olub. Sahibkarların sualları dinlənildikdən sonrabildirilib ki, onların qaldırdığı məsələlər araşdırılacaq.

Sahibkarlar problemlərindən danışdı , dövlət qurumlarının rəhbər şəxsləri onları dinəldi və suallarını cavablandırdı.

"Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasınınyekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla rəsmi şəxslərin görüşü baş tutub..

Ən çox suallar isə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə ünvanlanıb. Beləki idxal və ya ixrac zamanı yük avtomobillərinin gömrükdə saxlanılması və ixrac edilən malların dəyərinin məcburi şəkildə yüksək göstərilməsi sahibkarları ən çox narahat edən məsələlərdən olub. Komitə sədri Səfər Mehdiyev isə fevralın 1 dənetibarə ''yaşıl dəhliz'' prinsipinin tətbiqi ilə bu problemlərin tamamı ilə aradan qaldırılacağını bildirib.

Sahibkarları narahat edən digər məsələ isə dəmir yolu ilə daşıma xərclərinin qonşu ölkələrlə müqayisədə çox olması ilə bağlı olub. İqtisadiyyat Naziri Şahin Mustafayev bu məsələnin də araşdırılacağını bildirib.

Vergilər Nazirliyinə ünvanlanan sualları isə nazir müavini Sahib Ələkbərov cavablandırıb.Onun sözlərinə görə vergi yoxlamalarının sayı azalsada aksizli mallara nəzarət güclənib.

Tədbirin sonunda İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ticarətin asanlaşdırılmasına dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.

BAKU.WS