SİZİN REKLAM BURADA!
055 213 76 73



Bildiyimiz kimi, modern.az saytı bu yaxınlarda türkiyəli jurnalistlərin vasitəçiliyi ilə beynəlxalq xəbər agentliklərindən birinin ərəb əsilli əməkdaşından Nəsiminin məqbərəsinin şəkillərini əldə edərək, yayımlamışdı. Həmin şəkillərdə məqbərə və onun içərisindəki məzarın sağ-salamat olduğu görünürdü.

“Nəsiminin Suriyadakı məzarından ÖZƏL FOTOLAR” başlığı ilə yayımlanan şəkillərin sonradan köhnə olduğu aşkarlandı və Strateq.az-ın araşdırmasından sonra məlum oldu ki, əslində həmin görüntülər Hələbdəki müharibədən əvvəl – 2011-ci ildə çəkilib. Və o da məlum oldu ki, redaksiyamızın əlaqə qurduğu Suriyada fəaliyyət göstərən ərəb jurnalist əslində həm bu işə vasitəçilik edən türkiyəli həmkarlarımızı, həm də bizi aldadaraq Hələbə - Nəsiminin məzarlığına getməyib, ərəb saytlarından dərc edilmiş köhnə şəkillər göndərib.

BAKU.WS
  xəbər verir ki, modern.az saytı bizə Azərbaycanın Livandakı səfirliyin yardımı ilə nəhayət bu dəfə məsələyə tamamilə aydınlıq gətirə bilib.

Məhz səfirliyin vasitəçiliyi sayəsində İmaddədin Nəsiminin Hələb şəhərində yaşayan qohumu Bəşşar Nəsimi bin Əhməd Cövdət Nəsimi ilə telefon əlaqəsi yarada bildik. Ondan Nəsiminin məzarınının hazırki vəziyyətini əks etdirən fotoşəkillər və videogörüntü istədik. Böyük şairin qohumu həm müsahibə verib, həm də Nəsiminin məzarının bugünkü vəziyyətini əks etdirən fotoşəkilləri və dünən oradan çəkdiyi videgörüntünü təqdim edib.



Onunla söhbəti təqdim edirik:

- Bəşşar bəy, Azərbaycan Respublikasında 2019-cu il “Nəsimi ili” elan olunub. Ustad Nəsiminin qohumu olaraq, rəsmi sərəncamla bağlı fikirlərinizi bilmək istərdik.


- Bu ideyanın həyata keçdiyini eşidəndə çox sevindik. Mən və bir neçə qohumum 2018-ci ilin 26 sentyabrında Bakıda keçirilən “Nəsimi festivalı”na qatılmışdıq. O qədər böyük qonaqpərpərliklə qarşılaşmışdıq ki, sözlə ifadə edə bilmirəm. Bizə göstərdikləri qonaqpərvərliyə və doğma münasibətə görə, Azərbaycan hökümətinə və ölkə Prezidenti, zati-aliləri, cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Həmçinin, ölkənizə gediş-gəliş prosedurlarını bizim üçün asanlaşdırdıqlarına görə, Azərbaycanın Beyrutdakı səfiri cənab Ağasəlim Şükürova, konsul Şahin bəyə, qonaqpərvərliyinə və böyük yardımlarına görə isə Cavid bəyə də təşəkkür edirik.

Onu da əlavə edim ki, Bakıda olduğumuz müddətdə - ötən il sentyabrın 30-da anam Qala adlı yerdə rəhmətə getdi. Anamı tabutla təmin edib, nəşinin Hələbə göndərilməsinə və burada dəfn olunmasına yardım göstərildi.

Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan olunması barədə rəsmi sərəncamı alqışlayırıq!

- 2011-cilin martında Suriyada başlanan müharibə zamanı Nəsiminin məqbərəsinin də İŞİD terrorçuları tərəfindən dağıdıldığı deyilir. Hazırda məzarın vəziyyəti necədir?

- Burada müharibədir. Bu, elə bir dəhşətdir ki, özünü hər yerdə göstərir. Ona görə də deyə bilərik ki, bəli, müharibənin dəhşətləri İmadəddin Nəsiminin məzarından da yan keçməyib. Amma biz bütün gücümüzlə Nəsiminin məqbərəsini qoruyuruq. Ümumən məqbərə tanınmaz vəziyyətdədir də demək olmaz, problem yoxdur da. Bir qədər geniş məlumat vermək istərdim. Həmin yerdə təkcə Nəsiminin məzarı yerləşmir. Demək olar ki, Nəsiminin ən yaxınlarının da məzarı ordadır. Mənim atamın qəbri də Nəsiminin məqbərəsindədir. Müharibənin ən qızğın vaxtlarında görürdük ki, terrorçular Nəsiminin məqbərəsini, onun ətrafındakı qəbirləri dağıtmaq istəyirlər. Hazırda məqbərə və ətrafdakı məzarlarda çatlar, dağıntılar var. Biz Nəsiminin məqbərəsindəki qəbirlərin hamısının qeydinə qalır, onları mühafizə etməyə çalışırıq.

- Dediniz ki, Nəsiminin bütün qohumlarının məzarı ordadır. Konkret olaraq məzarların üzərində qeydlər də varmı?

- Bu bölgədə döyüşlər gedib. Ona görə dəqiq siyahı yoxdur ki, orada kimlərin qəbri var. Amma orada əsasən bizim ailənin, Nəsiminin ailəsinin, mənim atam, babam, əmilərim və digər qohumların qəbirləridir. Əlavə olaraq orada osmanlılar zamanında Hələbin valisinin həyat yoldaşının da qəbri var.

- Müharibədən sonrakı Suriya bizə çox qorxulu və təhlükəli görünür. Maraqlıdır, Nəsiminin məzarını ziyarət edənlər olurmu?

- Əlbəttə. Əvvəlki kimi kütləvi olmasa da, məzarı ziyarət edənlər olur. Hətta, ziyarət edənlər arasında azərbaycanlılara da rast gəlmək olur. Şübhəsiz ki, xəbərlərdən də bildiyiniz kimi, müharibə şəhərin ətrafında, digər yerlərdə və şəhərlərdə hələ də davam edir.

- Dağılmış məzarlığın bərpası mümkündürmü?


- Məzarlığın təmir xərcləri çox bahadır. Müharibədən əvvəl Azərbaycanın Suriyada səfirliyi mövcud idi. O zamankı səfir Mahir Əliyev təmir xərclərinin mütləq qarşılanacağını söyləmişdi. Vəziyyət bir qədər sakitləşəndən sonra bunun mümkün olacağını demişdi. Təəssüf ki, hazırda Azərbaycanın burada səfirliyi yoxdur.
Nəsiminin qohumları olaraq biz, təmir xərclərini tam qarşılaya bilmirik. Vəziyyətimiz bəllidir. Bu ilin 9 yanvarında qardaşım vəfat edib. Qardaşımın məzara nəzarətetmə öhdəlikləri mənə keçib. Biz öz hesabımıza bu məzarlığı yüngülvari təmir etmək qərarına gəldik və edirik.

- Suriyalılar Nəsimini Azərbaycan şairi kimi qəbul edirlərmi?

- Əlbəttə. Onu Azərbaycanın sufi şairi kimi tanıyırlar. Məlumdur ki, şair İmadəddin Nəsimi Allahın saleh qullarından və övliyalarındandır.

BAKU.WS