VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Günlərlə soyuq havada küçədə qalan yaşlı qadın Bakıda sığınacağa yerləşdirilib.

BAKU.WS
xezerxeber.az-ın məlumatına görə, 65 yaşlı Zivər Abbasova xeyli müddətdir ki, çətin həyat sürür. Əvvəllər kafe-restoranlarda işləsə də, sonradan fiziki cəhətdən zəiflədiyindən işsiz qalıb. Odur ki, günlərlə küçədə ac-susuz yaşayıb.

Zivər Abbasova həyat yoldaşını 9 il bundan qabaq şəkər xəstəliyi səbəbindən itirib. Sonradan isə özü də bu xəstəliyə tutulub. Soyuq havada küçələrdə gecələməsi onun xəstəliyini daha artırıb.

Zivər Abbasova deyir ki, həyatda yeganə qohumları qardaşının həyat yoldaşı və uşaqlarıdır. Amma onlar yaşlı qadının ata mülkünü sataraq onu küçədə qoyub.

Zivər Abbasova hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində "Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq"da məskunlaşıb. Yaxın günlərdə isə o, qocalar evinə yerləşdiriləcək.

BAKU.WS