VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Artıq paytaxtdakı parkomatların söküntüsünə başlanılıb. Söküntü şəhər ərazisindəki müxtəlif küçə və prospektlərdə həyata keçirilib.

Parklanma nəzarətçilərinə isə bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi tərəfindən möhürlü vəsiqələr verilib. Onlar parkomatların hansı qurum tərəfindən söküldüyünü bilmədiklərini dedilər.

Parkomatların hansı qurum tərəfindən söküldüyünü öyrənmək cəhdimiz isə baş tutmadı. Bakı Şəhər İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, parkomatlar və onlarla bağlı bütün səlahiyyətlər ötən ilin aprel ayından qurumun tabeliyindən alınaraq Bakı Nəqliyyat Agentliyinə verilib.

Bu səbəbdən də söküntü işlərindən xəbərsizdirlər. Bakı Nəqliyyat Agentliyindən isə əksini bildirdilər. Dedilər ki, yerüstü parklanma yerləri hələ onlara təhvil verilməyib. Parkomatlar da onların əməkdaşları tərifindən sökülmür. Belə vəziyyətdə sual açıq olaraq qalır: Bəs parkomatları kim sökür?

BAKU.WS