SİZİN REKLAM BURADA!
055 213 76 73




Mərhum klarnet ifaçısı Zahid Sabirabadlının həyat yoldaşı “Bizimləsən” verilişində yaşadığı evi göstərib.

BAKU.WS
 xəbər verir ki, ipoteka kreditinin borcunu ödəmək məqsədilə maddi yardım istəyən Leyli xanım, onu qınayanlara  iki uşağı ilə şəraitsiz evdə yaşadığını nümayiş etdirib:

"Bir evin ki, qapıları yoxdur, daha nə deyim. Donuruq. Uşaqların əlləri-ayaqları buz kimi olur. Vəziyyət çox pisdir. Kim qınayırsa baxsın.
Vəziyyətim belə olmasaydı, yoldaşımın 40-ı çıxmamış heç vaxt efirə çıxmazdım. Həm ipoteka borcumuza 40-na kimi vaxt qoymublar, həm də uşaqlara yazığım gəldi. Məcbur qaldım. Kaş ki, şəraitim belə qalaydı, amma Zahid ölməyəydi. Kaş belə yaşayaydıq, amma o, yanımızda olaydı. O, ğlməsəydi bizə hər şərait yaradacaqdı. Mənə çox çətindir, həddindən artıq çətindir... Zahidin yoxluğunu qəbul edə bilmirəm. O, mənim üçün ölməyib, yaşayır".

Qeyd edək ki, Z.Sabirabadlının ailəsinin ipoteka borcunun 10 min manatı toplanıb, 3 min manat qalıb.

BAKU.WS