SİZİN REKLAM BURADA!
055 213 76 73



“Mehmanın aclıq etmədiyi, hər gün normal qidalandığı barədə rəsmən məlumat verilir. İkincisi də hətta Mehman aclıq elan etmiş olsa belə burada faciəli heç nə olmamalıydı”.

BAKU.WS xəbər verir ki, bu barədə tanınmış jurnalist Mir Şahin Ağayev bildirib. Onun sözlərinə görə, bu bir siyasi üsuldur ki, dünyanın müxtəlif ölkələrində, elə həbsxanalarda da müəyyən siyasətçilər ona əl atırlar:

“1993-cü ildə mən də aclıq elan etmişdim. Məqsədim də Elçibəy hakimiyyətinin qanunsuz olaraq bağladığı şirkətimizin açılmasına nail olmaq idi. Yəni burda qeyri-adi heç nə yoxdur.

Aclıq elan olunar da, dayandıralar da. Nəticəlisi də olar, nəticəsizi də. Çarlz Hayder kimi cibindən oğrun suxarik çıxanı da. Zorla yedizdiriləni də. BMT-nin İnsan haqları deklorasiyasında isə belə şəxslərin zorla qidalandırılması insan haqlarının pozulması tək qiymətləndirilmir.

Deməli, iddia edildiyi kimi əgər Mehman aclıq elan edirsə, öz iradə azadlığını nümayiş etdirir, Penitensiar xidmət adamı qida qəbul etməyə məcbur edirsə, o da heç bir qanunu pozmur.

Amma əgər baş verdiyi iddia edilən belə proseslərdən peşəkarlığının klimaks dövrünü yaşayan hansısa deyingən sevincək ingilisdilli boşboğaz Osmanqızının başı ağrayırsa, onun probleminin aradan qaldırılmasının, nəyinsə arasından qaldırılmasının qeyri-siyasi yolu, tibbi yolu var.

Uydurulmuş situasiyaya görə ambudsmana - atası-anası yaşında olan bir qadına “harda sülənir?” deyə tərbiyəsizcəsinə həqarət edən divar dibi bənövşəni deyəsən başqa yolla suvarıblar deyə ləçəyi bir azacıq yanıb.

Onun və onunla beyindaş olan bütün televiziya elmləri diktorlarının, sabiq pertlərin nəzərinə həm də çatdırıram ki, Ədliyyə Nazirliyinin mətbuat xidməti Mehman Hüseynovun ümumiyyətlə aclıq elan etmədiyini rəsmən bildirir”.

BAKU.WS